Ziyafət Əsgərov ABŞ Müdafiə katibi müavininin köməkçisini qəbul edib

img

13-07-2010 [12:23]


Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan ABŞ Müdafiə katibi müavininin köməkçisi xanım Seleste A.Uollanderlə görüşüb. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Ziyafət Əsgərov qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnun olduğunu bildirib. Azərbaycanla ABŞ arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan birinci vitse-spiker ABŞ-ın dövlət katibi Hillari Klintonun və müdafiə naziri Robert Geytsin ölkəmizə bu yaxınlarda etdikləri səfərləri xatırlatdı, həmin səfərlərin əhəmiyyətini qeyd edib. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbət açan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanın 20 faiz torpağı hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır, 1 milyondan artıq vətəndaş öz doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan isə problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara etinasız yanaşır. ABŞ Müdafiə katibi müavininin köməkçisi Seleste A.Uollander səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edib. Xanım qonaq ABŞ-ın Azərbaycanla strateji tərəfdaş ölkə olduğunu vurğulayıb. Qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin həllinin Azərbaycan üçün önəmi onlara məlumdur. O, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həlli üçün ABŞ-ın öz səylərini əsirgəməyəcəyini bildirdi. Xanım qonaq hər iki ölkə arasında hərbi təhsil və təcrübə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söhbət açıb. Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA