"Dağlıq Qarabağ və Azərbaycanın 7 ətraf rayonuna girişi..." - Almaniya XİN

img

20-05-2017 [12:02]


Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.

O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib:

 "Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqmətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA