Müəllimləri imtahansız işə qəbul etmək hüququ olan məktəblər - SİYAHI

img

18-05-2017 [16:53]


2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb. 

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda 10 təhsil müəssisəsi yer alıb. 

Buraya Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA