Qazaxıstan hərəkətə keçdi - Azərbaycan Beynəlxalq Bankında qalan 384 min pulunu istəyir

img

18-05-2017 [11:49]


Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun bir qədər əvvəl xarici borclarını restruktizasiya etməyə qərar vermiş "Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) 71 mlrd. tengedən çox (bugünkü məzənnə ilə 383,4 mln. manat) pulu qalıb.

Bu barədə "Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu ölkənin Xarici İşlər Nazirliyi həmin vəsaitin geri qaytarılması üçün Azərbaycan tərəfi ilə diplomatik kanallar vasitəsilə aktiv əməkdaşlıq etməyə qərar verib. Rəsmi Astana ABB-nin qiymətli kağızlarına qoyulmuş pulların batacağından ehtiyat edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA