Prezident Macarıstan və Norveç səfirlərini diplomatik fəaliyyətlərinin baza çatması ilə əlaqədar qəbul edib

img

12-07-2010 [05:10]


Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirib. Azərbaycan ilə Macarıstan arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Səfir Jeno Boroş Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkəmizin günbəgün sürətli inkişafının şahidi olduğunu dedi və əldə edilən bütün bu nailiyyətlərə görə dövlətimizin başçısını təbrik edib. İki ölkə arasında əməkdaşlığa xidmət etməkdən məmnun olduğunu bildirən Jeno Boroş ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan və macar xalqlarının bir-birinə oxşar cəhətlərini müşahidə etdiyini də vurğulayıb. Macarıstana səfərini xatırlayan dövlət başçısı münasibətlərimizin yaxşı səviyyədə olduğunu vurğulayaraq Macarıstan ilə sıx tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev həmçinin Norveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yon Ramberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycan ilə Norveç arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən danışılıb, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri haqqında söhbət aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA