Ermənistan yaşayış məntəqələrimizi atəşə tutduğunu təsdiqlədi - Nazirlik

img

17-05-2017 [17:45]


Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb.

Mia.az Müdafiə Nazirliyinə istiandən xəbər verir ki, düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.

"Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi.

Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən atəş nəticəsində dinc əhali, Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur və döyüş texnikasına ziyan dəyməyib".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA