17-05-2017 [15:24]
Azərbaycanda növbəti əfv fərmanının iyun ayında veriləcəyi barədə məlumatlar var.
Redaksiyamıza daxil olan məlumata görə, 423 nəfəri əhatə edən sonuncu əfv sərəncamı bu ilin martında verildiyi üçün 28 May Respublika günündə əfv olmayacaq. Mənbəmizin dediyinə görə, əfvin iyun ayına ertələnməsinin mühüm səbəbləri var. Belə ki, iyunun 26-27-si Ramazan bayramı qeyd olunacaq. 2017-ci il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunub. Üstəlik, ölkəmiz hazırda davam edən çox mühüm yarışmaya – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Odur ki, növbəti humanist addımın məhz bu münasibətlə atılması olduqca məntiqli görünür. Qeyd edək ki, 26 iyun hə də Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi qeyd olunur və bu il ordumuzun 99 yaşı tamam olacaq. İki əlamətdar bayram münasibətilə əfvin imzalanması hər kəsin ürəyincə olardı.
Düzdür, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilməyib. Ancaq mütəmadi şəkildə komissiyaya müraciətlərin ünvanlandığını nəzərə alsaq, iclasların qarşıdakı zaman kəsiyində də keçirilməsi mümkündür. Onu da qeyd edək ki, əfv sərəncamları çox hallarda Novruz bayramı, yaxud 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalanıb. Lakin prezidentin müstəsna səlahiyyətlərinə daxil olduğu üçün dövlət başçısı istənilən zaman bununla bağlı qərarını verə bilər. Yeri gəlmişkən, 2012-ci ilin 22 iyununda bir sıra tanınmış siyasiləri də əhatə edən 66 nəfərə şamil olunan əfv fərmanının imzalanması da faktdır.
İnsan haqları müdafiəçisi, Dilarə Əliyeva adına Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri, Novella Cəfəroğlu musavat.com-a açıqlamasında gözləntilərin əbəs olmadığın bildirdi: "Növbəti əfv fərmanının konkret nə zaman imzalanacağını dəqiq bilmirik, amma biz də ümidlə gözləyirik. Düdür, hələ Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşmayıb, lakin bizim dəqiq məlumatımız var ki, əfv olacaq. Çünki müəyyən şəxslərlə görüşlər olur, bu istiqamətdə iş gedir”.
N.Cəfəroğlu dedi ki, onlardakı siyasi məhbusların siyasında 34 nəfərin adı var və o şəxslərin də əfvə salınacağına ümid edir: "Beynəlxalq təşkilatlarda da bununla bağlı arzu-istək var. Onların buraxılması Qərblə münasibətləri də xeyli yumşaldar. Hələlik gözləyirik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi