İran Milli Bankının Bakı filialının bağlanan banklardakı depozitləri qaytarılacaq - Azad Cavadov

img

17-05-2017 [11:50]


"İran Milli Bankının Bakı filialının ləğvetmə prosesində olan "Texnikabank", "Atrabank" və "Zaminbank"da yerləşdirilən depozitləri hələlik qaytarılmayıb".

Bunu "APA-Economics"ə  açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
 
Onun sözlərinə görə, filialın ləğvetmə prosesində olan bu banklardakı depozitləri təminatlı kreditlərdir. Bunu əsas gətirən A.Cavadov əlavə edib ki, ləğvetmə prosesində olan bu 3 bankın "Bank Melli İran Baku" qarşısında öhdəliyinin yerinə yetirilməsində heç bir problem olmayacaq: "Söhbət təminatlı kreditlərdən gedir. Bunlar təminatlı kredit olduğuna görə, vəsaitlər qaytarılacaq. "Bank Melli İran Baku"nun bu banklarda yerləşdirdiyi depozitlər girovla təmin edilib. Buna görə də bu girovlar satılaraq "Bank Melli İran Bakı filialı"nın vəsaitləri geri qaytarılacaq".

Xatırladaq ki, bundan öncə İran Milli Bankının Bakı filialının bağlanan banklardakı depozitlərinin məbləği açıqlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA