Mikayıl Cabbarovun səlahiyyətlərini niyə müavini icra edir?

img

17-05-2017 [11:28]


Təhsil naziri Mikayıl Cabbarovun səlahiyyətlərini müvəqqəti olaraq müavini Ceyhun Bayramov icra edir.

Mia.az Azvision.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Mikayıl Cabbarov hazırda xidməti ezamiyyətdədir.

Hüquqi prosedura uyğun olaraq, Mikayıl Cabbarov xidməti ezamiyyətdə olduğundan nazirin səlahiyyətini hazırda təhsil nazirinin müavini Ceyhun bayramov icra edir.

Qeyd edək ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı növbəti əmri təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA