DUi seçki komissiyalarının tərkibi barədə ATƏT-in Bakı bürosuna müraciət edəcək

img

12-07-2010 [01:15]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ Sədrlər Şurası 19 iyul 2010-cu il tarixində saat 12.00-da KXCP-nin qərargahında keçirilməsi planlaşdırılan növbəti Qarabağ Forumunun təşkilatçılıq məsələlərinin quruma daxil olan partiyalar arasında işçi qaydada bölgüsünü aparıb və hazırlıq vəziyyətini müzakirə edib. DUİ Sədrlər Şurası bir daha parlament seçkiləri öncəsi real müxalifət qüvvələrinin birliyinin zəruriliyini vurğulayıb və bu istiqamətdə səylərin davam etdirilməsini məqbul sayıb. DUİ Sədrlər Şurası seçki komissiyaların tərkibinin hal-hazırkı formasını demokratik seçki keçirilməsini qeyri ?mümkün hesab edərək, bu istiqamətdə dəyişiklikləri zəruri saydığını qeyd etməklə yanaşı, seçki komissiyalarının tərkibi barədə ATƏT-in Bakı bürosuna müraciət olunmasını qərarlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA