16-05-2017 [23:52]
Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun "Maqsud hər kəsə gülümsəyir” adlı xatirə gecəsi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Mehriban Əliyeva çıxışında bildirib ki, uzun illər ərzində Rus Dram Teatrının səhnəsində Maqsud İbrahimbəyovun əsərlərinin personajları canlandırılıb:
"Bu axşam bu teatrda böyük yazıçı Maqsud İbrahimbəyovun yaxınları, doğmaları, dostları, onun istedadının pərəstişkarları toplaşıblar ki, bu böyük insana öz dərin məhəbbət və hörmətini bildirsinlər. Sözsüz ki, Maqsud müəllimin istedadının pərəstişkarlarının sayı bu zalda əyləşənlərdən xeyli çoxdur.
Maqsud İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirib, həm də dünya mədəni irsinə layiqli töhfələr verib. Təsadüfi deyil ki, hörmətli Maqsud müəllimin əsərləri demək olar 30 dilə tərcümə edilib.
Maqsud müəllim qeyri-adi dərəcədə parlaq və çoxşaxəli şəxsiyyət idi. Dramaturq və kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət və parlaq polemist. Həqiqətən, bir insanda bu qədər qeyri-adi istedad və bacarıq cəmləşəndə adamlar deyirlər ki, bu "Allah vergisi”dir. Doğrudan da bu, Allah vergisidir. Lakin, ilk növbədə, Maqsud İbrahimbəyov böyük yazıçı idi. Mənim nəslim - məhdud sərhədlərdə və məkanca ideoloji çərçivələrdə böyüyən nəsil üçün bədii ədəbiyyat varlığımızın olduqca zəruri tərkib hissəsi idi. Kitablar bizim üçün ən müxtəlif cəhətli bilik mənbəyi idi. Bədii ədəbiyyatın qiraəti bizə sərhədləri genişləndirməyə, süni maneələri aradan qaldırmağa imkan verirdi, bir çox "lal suallara” cavab tapmaqda kömək edirdi. Ən başlıcası isə yüksək bədii söz bizi tamamilə məcburiyyətsiz, ehkamsız, patetikasız tərbiyə edirdi, əxlaq və mənəviyyatın bünövrəsini qoymağa kömək edirdi. Düşünürəm ki, bu, istər peşəkarlıq fəaliyyətində, istərsə də şəxsi həyatında hər bir insana bütün ömrü boyu zəruri bünövrədir. Bax, böyük ustad Maqsud İbrahimbəyov belə bir zamanda yaşayıb və yaradıb.
Onun nəsri dinamik, bəzən kədərli, bəzən də dramatik idi. Amma həmişə çox səmimi və dərin fəlsəfi məna ilə zəngin idi. Maqsud müəllim sanki ən adi detallarda dərin məna tapa və onu sadə, anlaşıqlı və aydın dildə çatdıra bilirdi.
Əminəm ki, onun yaradıcılığına bir dəfə müraciət edən hər kəs sonra dəfələrlə onun əsərlərinə qayıdır, özləri üçün yeni nə isə tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks etdirməkdən başqa, həm də düşünməyə - həyatın mənası, hər kəsin bu həyatda görəcəyi işlər barədə düşünməyə vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi, böyük istedada nəsib olur.
Maqsud İbrahimbəyov öz əsərlərini rus dilində yazırdı. Bununla yanaşı, o, əsl Xalq Yazıçısı olub və olaraq qalır. Onun hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb. Onun sevimli Bakı şəhəri isə çox vaxt, demək olar, əsərlərinin əsas iştirakçısı idi.
Maqsud müəllim mərd, cəsur insan idi. O, öz prinsiplərini bütün həyatı boyu daşıyaraq, onları müdafiə edən insan idi. O, heç vaxt fikrini deməkdən, tənqid etməkdən qorxmurdu. Onun publisistikası Azərbaycan jurnalistikasının parlaq təbəqəsidir. Ən başlıcası isə, Maqsud müəllim bütün həyatı boyu laqeyd insan olmayıb. O, həmişə gərəkli olmağı və bu cür qalmağı bacarırdı, heç vaxt kənarda olmurdu.
Bu insan haqqında, onun yaradıcılığı, yüksək mənəvi və insani keyfiyyətləri barədə çox danışmaq olar. Mən əminəm ki, zaman keçdikcə insanlar böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərini daha yaxşı və dərindən dərk edəcəklər.
Hörmətli Anna xanım, Siz Maqsud müəllimin həyatında xüsusi yer tutmusunuz. Əgər desəm ki, Siz onun ən yaxın dostu və ilham pərisi olmusunuz, yəqin ki, səhv etmərəm. Yəqin bilirsiniz ki, dostlarınızın, tanışlarınızın əksəriyyəti üçün siz ayrılmaz vəhdət idiniz. Sizin cütlük məhəbbətin və qarşılıqlı hörmətin, iki parlaq şəxsiyyətin bir-birini tamamlayaraq, həm də daha güclü parlamasının rəmzi idi. Mən sizinlə aramızdakı dostluq və səmimi münasibətlərə çox həssas yanaşıram. Mən sizə çox dərin hörmət bəsləyirəm və sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Cənab Prezident həqiqətən doğru deyib: böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov yaşayacaq. Onun doğmalarının, dostlarının və istedadının milyonlarla pərəstişkarının qəlbində və yaddaşında yaşayacaq. Belə ki, nə qədər əsərləri yaşayırsa, yazıçı da sağdır. Azərbaycanın layiqli oğlunun işıqlı xatirəsinə ehtiramımı bildirirəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi