"Sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm” – ABŞ-ın energetika nazirindən Natiq Əliyevə məktub

img

16-05-2017 [19:23]


ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, R.Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə Natiq Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb.

ABŞ-ın energetika naziri Dövlət Departamentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib.

"Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm. Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA