Deputatdan təxribat xəbərdarlığı: "İndi Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır"

img

16-05-2017 [13:42]


Milli Məclisin iclasında Azərbaycan hərbçiləri arasında təxribatçıların aşkarlanması məsələsində Rusiyanın iştirakının araşdırılması barədə məsələ qaldırılıb.

Deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, bir qrup Azərbaycan hərbiçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ciddi araşdırılmalıdır.

O qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamalı, istintaqda iştirak etməlidir:

"Bu məsələdə Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. İndi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA