Bu gün Bakıda 39 dərəcə isti olacaq

img

12-07-2010 [11:52]


Ölkə ərazisində isti hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s olacaq, gündüz cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 36-39 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq. İyulun 13-də hava günəşli olacaq. Şimal, şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 isti təşkil edəcək. İyulun 14-də havanın az buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 33-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bu gün havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. İyulun 13-14-də səhər hava yağmursuz olsa da, lakin gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 35-39 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcəyə çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA