15-05-2017 [16:52]
"İmtahanlarda 700 bal toplayanların sayının ildən ilə çoxalmasının səbəbi heç də təhsilimizin səviyyəsinin yüksəlməsi ilə bağlı deyil. Hesab edirəm ki, test sualları düzgün tərtib olunmayıb. Sualların testologiya elminin tələblərinə uyğun hazırlanmadığının göstəricisidir”.
Bu sözləri Keçmiş Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının eks- sədri Vurğun Əyyub "şərq.az”a müsahibəsində deyib.
V. Əyyubun sözlərinə görə, 700 bal toplamaq nəzəri cəhətdən mümkündür: "İmtahan verənlərin içərisində tək-tük bu balı toplayan ola bilər. Amma ümumən, bu sayın çoxalması hansısa doğru olmayan məqamlardan xəbər verir. Həm də sırf təbliğati məqsədlərə xidmət edir”.
V. Əyyub dərslik problem ilə də bağlı münasibətini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda keyfiyyətli dərslik yaza biləcək mütəxəssis azdır. Üstəlik də o az saylı mütəxəssisləri müxtəlif üsullarla dərslik yazmaqdan kənarda saxlayırlar:
"Alternativ dərsliklər hazırlanmasına və müəllimlərin, şagirdlərin sərbəst seçiminə şərait yaratmaq lazımdır. Bilmək lazımdır ki, dərslik müəllim üçün yazılmır, dərslik şagird üçün yazılır. Müəllimlərimizin çoxu isə dərsliklərdə yazılanları şagirdlərə əzbərlətməklə işlərini bitmiş hesab edirlər. Səbəb? Səbəblər isə çoxdur: müəllimlərin maaşının azlığı, ümumi pedaqoji-nəzəri səviyyələrinin aşağı olması, gündəlik məişət ehtiyaclarını ödəmək üçün əlavə işlərlə yükləndiklərindən öz üzərlərində işləmək üçün vaxt çatışmamazlığı və sairə”.
İbtidai məktəblər üçün dərsliklərdə mövzuların ağırlığına və çətinliyi barədə narazılığa toxunan V. Əyyub qeyd edib ki, bunun bir səbəbi də dərs proqramlarının ağırlığıdır. Bu ağırlığı da meydana gətirən ən ciddi və əsas səbəb isə orta təhsilin funksiyasına baxışın yanlış olmasıdır:
"25 ildə dediyim fikri bir daha təkrarlamaq istəyirəm: Nə qədər ki, sovet təhsil sistemindən əl çəkməmişik, təhsilə sovet ideologiyası prinsipləri ilə yanaşacayıqsa, problemlər davam edəcək. Yəni biz orta məktəb təhsilinə baxışı dəyişdirməliyik. Birdəfəlik bilmək lazımdır ki, orta təhsilin məqsədi şagirdin başını nəzəri biliklərlə doldurmaq (indi heç bunu da edə bilmirik), ali məktəbə tələbə hazırlamaq olmamalıdır”.
Ekspertin sözlərinə görə, məqsəd həyata hazırlıqlı, ən sadə problemlərinin həllində gənclərə yardım ola biləcək praktiki biliklərə sahib, ləyaqətli vətəndaş yetişdirmək olmalıdır:
"Daha çoxlu nəzəri bilikləri əzbərləyən, amma həyata atılarkən, problemlə qarşılaşarkən hətta 25 yaşında belə valideyn himayəsindən imdad diləyən əfəl, aciz insanlar yox. Əgər ildə 130 min məzunumuz varsa, Azərbaycan ali məktəbləri vur-tut 30-35 min tələbə qəbul etmək imkanındadır. Orta təhsili həmin 30-35 minə görə qurmaq olmaz. Orta təhsili düz qura bilsək, həmin 30-35 min tələbə onsuz da ortaya çıxacaq. Bunlar olmayacaqsa, biz hər il şikayətlənəcəyik və hər dəfə də eyni dərsliklər qarşımıza çıxacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi