Gömrükdə külli miqdarda siqaret müsadirə olunub - Əməliyyat

img

15-05-2017 [16:27]


Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21074" markalı nəqliyyat vasitəsinə "Nayk" ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən bidirir ki, yoxlama zamanı xidməti it avtomobilin salonunda cihazlar panelinin içinə və ön oturacaqların altına, yük yerinə tütün məmulatlarının olduğunu əks etdirən reaksiya göstərib. Bundan sonra həmin hissələrə keçirilən baxış zamanı üzərində Azərbaycanın aksiz markası olmayan 5200 ədəd "Marlboro" və 1200 ədəd "Golden Gate" markalı siqaretlər aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA