15-05-2017 [14:39]
Azərbaycanda qadın yol polisləri ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin fikirlərini bölüşüb.
Kamran Əliyev açıqlamasında bildirib ki, yol-patrul xidməti kifayət qədər çətin olduğu üçün xanımların bu sahədə çalışmasını rəva bilmirlər.
Deputat Tahir Kərimli isə Modern.az-a Kamran Əliyevin fikirləri ilə razı olmadığını bildirib:
"Qadın yol polisləri barədə təklifə fikirlərinə hörmət etdiyim Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev mənfi cavab verib. Mən Kamran müəllimin fikirləri ilə razı deyiləm. Xarici dövlətlərdə, nəinki Avropa, Rusiya, Amerika, hətta Suriya, İran, Türkiyədə qadınların yol polis xidmətində fəaliyyət göstərdiyinin şahidi olmuşam. Bu sahə Azərbaycanda çətin, digər ölkələrdə asan ola bilməz.
Digər tərəfdən, mən qeyd etməmişəm ki, yol-patrul xidmət sahəsində çalışan xanımlarımız mütləq yol kənarında dayansın. Onlar ofis şəraitində də işləyə bilərlər. Eyni zamanda, hörmətli Kamran müəllim bildirib ki, qadınlar saatlarla yol kənarında durub 40 dərəcə isti və ya şaxtada işləmək, dəm qazı udmaq məcburiyyətində qala bilərlə. Bununla da heç cür razı ola bilmirəm. Çünki bizim minlərlə xadimə, fəhlə qadınlarımız var. Elə yol qırağında xadiməlik, fəhləlik edirlər. Həmin qadınlar süpürürlər, toz udurlar, şaxtada-qarda, yəni ağır iş şəraitində fəaliyyət göstərirlər. Onlar da dəm qazı udmaq məcburiyyətində qalırlar. Məgər onlar xanım deyil?...
Əksinə, qadın yol polislərinin olması çox böyük səliqə-səhman, mənəvi rahatlıq yaradar. Eyni zamanda, auranı dəyişə bilər. Hətta bir sıra neqativ halların da qarşısını almaq mümkün olar. Qadınların yol-patrul xidmətində fəaliyyəti Azərbaycana müsbət imic qazandırar. Ona görə də mən fikrimin üstündə dururam və hesab edirəm ki, polis sisteminə, onun cəza müəssisələrinə, bütün polis xidməti sahələrinə, o cümlədən yol polisliyi xidmətinə qadınlar cəlb olunmalıdır. Dediyim kimi təbliğat aparmaq lazımdır. Təklif edirəm ki, dövlət səviyyəsində buna təşəbbüslər göstərilsin”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi