15-05-2017 [11:19]
Ləğv edilmiş MTN-in generallarının qanunsuz əməllərinin araşdırılması ictimaiyyət üçün bir çox maraqlı məqamları üzə çıxarır.
"Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, MTN-ə aparılaraq dindirilən şübhəlilərin bir neçəsi "yalan detektoru”ndan keçirilib.
Belə ki, ifadə verən şəxslərin yalan danışıb-danışmadığı bu aparat vasitəsilə müəyyən olunub. İntihar edən MTN zabiti Malik Mustafayevin epizodu üzrə dindirilən şahidlərdən biri bunu təsdiq edib.
Uzun müddət MTN-in idarə rəisi olmuş, general-mayor M.Y istintaqa ifadəsində deyib ki, nazirliyin Situasiya Mərkəzinin rəis müavini, polkovnik Malik Mustafayevin intihar etdiyini iş yoldaşlarından eşidib.
General M.Y bildirib ki, rəhbərlik etdiyi idarədə 2013-cü ildən "yalan detektoru” deyilən poliqraf olub: "Həmin poliqraf bir qayda olaraq MTN-in Anti-Terror Mərkəzi tərəfindən əməliyyat məqsədi ilə istifadə edilib. Poliqrafdan işə qəbul olunan gələcək əməkdaşların psixo-fizioloji testlər keçirmək məqsədi ilə də istifadə edilirdi. Zərurət yarandıqda abituriyentlər seçmə üsulla "yalan detektoru”ndan keçirilirdi.
Poliqrafın istifadəsinin insan səhhəti üçün heç bir təhlükəsi yoxdur. Bu aparat dünya praktikasında qanuni istifadə olunmaqla açıq satışda da var. "Yalan detektoru” insan nəbzi, təzyiqi, nəfəsi və tərləmə dərəcəsinə əsasən şəxsin konkret suallara yalan və ya düzgün cavab verməsini müəyyən edir. Bu səbəbdən də, insanın barmaqlarına, qoluna, qarın və sinə nahiyələrinə xüsusi təyinedicilər qoşulur. Onların isə insan orqanizminə heç bir ziyanı və mənfi təsiri yoxdur. Təyinedicilərdən heç bir elektrik cərəyanı ötürülmür. Poliqrafın istifadəsi zamanı həkim-psixoloqun iştirakı məqsədəmüvafiqdir”.
General etiraf edib ki, ATM-nin rəis müavini, təcridxanada intihar edən polkovnik İlqar Əliyevin xahişi ilə Malik Mustafayevin qardaşı Mətləb Mustafayev üzərində "yalan detektoru”ndan istifadə olunub: "ATM-də poliqrafın istifadəsi üçün ayrıca otaq var idi. Mən ATM əməkdaşları ilə təcridxanada Mətləb Mustafayevin iştirakı ilə aparatdan istifadə etmişəm. Mətləb Mustafayevi tanımamışam, sorğu zamanı yalnız onun mimikası və jestlərinə fikir vermişəm ki, yalan və ya düz danışdığını müəyyən edim. Buna görə də söhbətin məzmununa fikir vermədim. Sadəcə sorğudan əvvəl İlqar Əliyevdən onun nə günahı olduğunu soruşdum, İlqar Əliyev isə üzərindən tapança çıxdığını dedi. Mən "yalan detektoru”nu nə əsasla istifadə edəcəyimi soruşduqda İlqar Əliyev bunu rəhbərliklə razılaşdırdığını dedi”.
İdarə rəisi M.Y qeyd edib ki, M.Mustafayevə fiziki zor tətbiq edilməsi, ona elektrik cərəyanı ilə və sair formada işgəncə verilməsi halları ilə qarşılaşmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi