Yusif Bağırzadə AMiP-in yeni sədri oldu

img

10-07-2010 [07:03]


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakıda keçirilən X Qurultayı keçirilib. AMİP mətbuat və təbliğat katibi Əli Orucovun MİA-ya verdiyi məlumata görə, qurultayda partiyaya yeni sədr seçilib. 197 qurultay nümayəndəsinin qatıldığı səsvermədə 193 səs toplayan namizəd Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib. Onun əleyhinə 2 nəfər səs verib, 2 bülleten isə etibarsız sayılıb. Qurultayda partiyanın 75 nəfərdən ibarət Mərkəzi Şurası və 9 nəfərdən ibarət Mərkəzi İntizam Komissiyasının yeni tərkibi də müəyyənləşib. Mərkəzi Şuranın sabah keçiriləcək iclasında Siyasi Şura formalaşdırılacaq və baş katib seçiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA