"Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki,..." - Nazirdən Qarabağ mesajı

img

14-05-2017 [23:53]


Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov APA-ya açıqlamasında bunun prinsip etibarilə mümkün olduğunu qeyd edib:

"Üç ölkənin xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki, qoşunların çıxarılması müqabilində sülh və ya ərazi müqabilində sülh mümkündür. Son on iki il ərzində danışıqlar prosesinin məntiqini bu təşkil edir. Amma diplomatiyada "danışıqlar naminə danışıqlar” mövcud deyil. Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA