14-05-2017 [11:47]
Şair və nasir, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin "Dəlicəsinə” adlı kitabı Türkiyə türkcəsində nəşr edilib.
Türkiyədə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) ilə AYB arasındakı razılaşma əsasında çap olunan kitabın mayın 13-də Ankaradakı Türk Tarix Qurumunda geniş təqdimatı keçirilib.
Bundan əvvəl – 2015-ci ildə Avrasiya Yazarlar Birliyi tərəfindən Türkiyədəki "Bengü” nəşriyyatında R.Məcidin bütün şeirlərinin toplandığı "Bir daha gəlməyəcək” kitabı çap olunmuşdu. Yeni kitaba isə R.Məcidin müxtəlif illərdə qələmə aldığı esselər, publisistik mətnlər daxil edilib.
Tanınmış şair və ədəbiyyatşünas, Türkiyə Səfirliyinin Mədəniyyət attaşesi İrfan Çiftçi kitaba "Rəşad Məcidi necə oxumalı: maraqlananlar üçün bələdçilik cəhdi” sərlövhəli geniş ön söz yazıb. Bu yazıda R.Məcidin yetişdiyi dövr və mühit, onun həyat və fəaliyyəti, yaradıcı dünyagörüşü və dəsti-xətti, nəşrdəki mətnlərin məzmunu və ideya-estetik cəhətləri barədə olduqca maraqlı mülahizələr, dəqiq, tutarlı təsbitlər var.
İ.Çiftçinin fikrincə, "…Rəşad Məcid çağdaş Azərbaycan düşüncəsinin dünyadakı yerini quşbaxışı müəyyənləşdirmək üçün seçilə biləcək bəlkə də ən səciyyəvi – özünəməxsus və orijinal xarakterli – müəlliflərdən biridir… O, yaşadığı dünyanı özündən əvvəlki dövrə aid dil və üslubla deyil, öz zamanına xas aydın və çevik şüurdan qaynaqlanaraq, bugünkü dillə ifadə edir”.
Ön sözdə vurğulanır ki, Rəşad Məcid hətta çox məhəlli alına biləcək yaddaş yazılarını belə, orada önəmli bilgilərə yer verərək, məzmununu maraqlı əhvalatlarla dərinləşdirərək, tarixə dair qeydlərini poetik və metaforik təsvirlər, incə yumoristik gedişlər sayəsində dönə-dönə oxutmağı bacarır: "Onun bəzi esseləri, əslinə qalsa, arxasından uzun hekayələr boylanan mətnlərdir… Bunların içərisində, informasiya yükü ilə bərabər, bütöv bir dövrə xas çox güclü ədəbi-sosioloji məzmun var…”
İ.Çiftçinin qənaətinə görə, R.Məcidin bütün mətnlərində gerçək insan münasibətlərindən ibarət qaynar bir həyat var: "…Onlarda təklənmiş, yalqızlaşmış insanlar tapmaq az qala mümkünsüzdür. Tarixi mövzu və şəxsiyyətlərdən söz açarkən də, sadəcə portretlərə nəzərən deyil, insani münasibətlər müstəvisindən çıxış edir. Hadisəni sürətlə dramatikləşdirərək, bir film epizodu effekti yaradır…Uzun-uzadı mülahizələr, fəlsəfi mühakimələr vermək əvəzinə, gerçək insana xas durum və davranışlar, canlı dialoqlar vasitəsilə dinamika yaradıb, yazını darıxdırıcılıqdan sığortalayır…”
525.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi