13-05-2017 [10:35]
1994-cü ilin 12 mayında imzalanan "Bişkek protokolu” ilə bağlı müxtəlif fikirlər mövcuddur. Müqavilənin bağlanmasından 23 il keçsə də, hələ də qüvvəsini itirmədiyini düşünənlər az deyil.
Bəs "Bişkek protokolu”nu Azərbaycanla Ermənistan arasında atəşkəsi dəstəkləyən hüquqi sənəd hesab etmək olarmı? Yoxsa bu sənəd tarixin arxivinə qovuşub?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, "Bişkek protokolu”na istinad etmək düzgün deyil. O, sənədin qüvvədən düşdüyünü vurğulayıb:
"Atəşkəsə tarixən çoxlu qiymətlər verilib. Lakin həmin dövrə qayıtsaq, onu deyə bilərik ki, Azərbaycan atəşkəs sazişi ilə ölkə içərisində separatçı qüvvələrin qarşısını aldı, hərbi çaxnaşmaları müəyyən qədər tənzimlədi və səngərdə vahidliyi təmin etdi. Düşmənə qarşı millətin gücünün səfərbər edilməsinə nail oldu. Xəzər dənizi ətrafında gedən çarpışmanın, yəni neft uğrunda müharibənin Qarabağla çulğalaşaraq əleyhimizə çevrilməsinin qarşısını aldı. Bu müqavilə bizə yalnız neft resursu kimi baxan dövlətlərin bir qədər əlini kəsdi, onları neytrallaşdırdı. Nəhayət, özümüzə gələrək toparlanmaq, ordu qurmaq və maliyyə imkanlarımızı artırmaq mümkün oldu.
Lakin atəşkəs müqaviləsindən sonra ermənilərin əsas niyyəti həmin şərtləri danışıqlara keçirmək və İkinci Dünya müharibəsində olduğu kimi kapitulyasiya aktı ilə savaşı yekunlaşdırmaq idi.
Təbii ki, bunlar reallaşmadı. Əslində Vladimir Kazimirovun (ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri) öz adı ilə yaratdığı informasiya resurslarına baş vursaq fərqli məqamları görərik. Bişkekdə imzalanan sənəddə erməni icması nümayənlərinin, Azərbaycan təmsilçilərinin imzasının getməsi, sonradan ATƏT-in də məsələyə qoşulması ilə düşünülürdü ki, Azərbaycan tərəfi ağır şəraitdə torpaqların itirilməsi ilə barışacaq. Bu, olmadı. Ümumiyyətlə, düşünürəm ki, "Bişkek protokolu” artıq qüvvədən düşüb”.
Deputat ötən ilin aprel döyüşlərindən sonra yeni atəşkəs müqaviləsinə ehtiyac olduğunu qeyd edib:
"Ötən il yeni situasiya yarandı. Moskvada Ermənistanın baş qərargah rəisi Yuri Xaçaturov ilə Azərbaycan Silahlı Qüvvələri baş qərargahının rəisi Nəcməddin Sadıkov arasında hansısa sənədin imzalanması rəsmi sənədlərlə təsdiq olunmadı. Yalnız bu məslələr ətrafında anlaşmanın olduğu vurğulandı.

Bir çoxları düşünür ki, həmin danışıqlar Azərbaycanın həm diplomatik-siyasi, həm də hüquqi imkanlarını gücləndirdi. Bu doğrudan da belə idi.
Amma mən hesab edirəm ki, faktiki olaraq atəşkəs müqaviləsi mövcud deyil. Biz hələ də "Bişkek protokolu”na istinad edirik.
Doğrudur, hələ yeni sənəd yoxdur. Amma hərbi qüvvələr və dörd günlük müharibə yeni vəziyyət yaratdı. Atəşkəslə bağlı aprelin 5-də danışıqlar aparılsa da, ortada rəsmi sənədin olduğunu deyə bilmərik.
Yekun olaraq, 1994-cü ilin mayın 12-sində imzalanan sənəd əvvəlki dönəmlərdə bizim mənafelərimizə xidmət etsə də, fikrimcə, dörd günlük müharibədən sonra yeni atəşkəs müqaviləsinə ehtiyac var”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi