12-05-2017 [18:53]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı qəbul edib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, nazir səfiri salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına ilk rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb.
O qeyd edib ki, həmin səfər əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi kurs, onun Çinə dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafında daha bir səhifə açmaqla gələcək əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təminat verib.
General-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq onun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.
Nazir 2003-cü ildən başlayaraq DİN Daxili Qoşunlarının hərbi qulluqçularının Çin Xalq Respublikasında müxtəlif təlim kurslarında iştirakını məmnunluqla qeyd edib.
Qonaqlara həmçinin, müstəqilliyin əldə edilməsindən sonra keçilən çətin, eyni zamanda şərəfli yol, cinayətkarlığa qarşı mübarizə, ölkəmizdə sabitliyin yaradılması və onun dönməzliyinin təmin olunması sahəsində görülən tədbirlər, mövcud problemlər barədə ətraflı məlumat verilib.
Daxili işlər naziri Ramil Usubov xüsusən kibercinayətkarlıqla mübarizədə Çinin təcrübəsini yüksək qiymətləndirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən cənab Vey Cinhua paytaxtımızın onda böyük təəssürat yaratdığını qeyd edərək, Bakının ictimai asayişin, əmin-amanlığın yüksək səviyyədə qorunduğu paytaxt şəhərlərindən biri olduğunu bildirib. Respublikamızın iqtisadiyyatına külli miqdarda sərmayə yatıran xarici investorların və digər əcnəbi vətəndaşların burada tam sərbəst və təhlükəsizlik şəraitində yaşayaraq fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə edən səfir belə şəraitin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Məhz ictimai asayişin nümunəvi təmini, təhlükəsizliyin etibarlı qorunması sayəsində bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli toplantılara, kütləvi idman yarışlarına uğurla ev sahibliyi etməsinin artıq bir ənənə halını almasını çinli diplomat xüsusilə qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi