Yeni sərnizin vaqonları alınacaq

img

10-07-2010 [11:34]


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş ?Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010?2014-cü illərdə inkişafına dair Dövlət Proqramı? dəmir yol nəqliyyatında bir sıra sahələrlə yanaşı, sərnişin daşımanın inkişafını da nəzərdə tutur. Dövlət Proqramına əsasən, sərnişin daşımasına artan tələbatın ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə 2011-2013-cü illərdə 25 yeni vaqon alınacaq. Bundan əlavə, 2010-2012-ci illərdə daha 20 vaqon əsaslı təmir olunacaqdır. Bu, vaqonların təhlükəsiz istismarının təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi və istismar müddətinin artırılması məqsədi daşıyır. Sərnişin vaqonlarının əsaslı təmirinin təşkil edilməsi, təmir xərclərinin azaldılması və onların istismar müddətinin artırılması məqsədi ilə Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması da nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA