"Heydər Əsədov ərizəsini yazıb üzüsuslu istefaya getməlidir" - Tələb

img

12-05-2017 [13:00]


Son dövrlər ayrı-ayrı məmurlar və onların ailə üzvləri dəbdəbəli həyat tərzi və harın hərəkətləri ilə gündəmə gəlir. Prezident İlham Əliyevin vaxtaşırı xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurlar hələ də bu əməllərindən geri qalmırlar. 

 Bu məmurlar sırasında Kənd təsərrüfatı naziri Heydər Əsədovun da adı hallanmaqdadır. Onun son illər ölkə daxilində və xarici dövlətlərdə dəyəri milyonlarla ölçülən mülklər alması ilə bağlı təkzibolunmaz məlumatlar yayılıb. Bununla yanaşı, nazirin övladlarının dəbdəbəli həyat tərzi sürməsi, xarici ölkələrdə hədsiz pul xərcləmələri ilə bağlı da həm mediada, həm də sosial şəbəkələrdə zaman-zaman xəbərlər yer alıb. Ancaq sonuncu hadisə isə Heydər Əsədova şok zərbə oldu. Belə ki, nazirin İngiltərədəki oğlu təkcə Azərbaycanda deyil, Avropanın göbəyində gündəmə bomba kimi düşdü. Məlum olduğu kimi, sosial şəbəkələrdə yayılan bu video izləyicilərin marağına səbəb olub. London küçələrində çəkilən bu videoda üzərində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobil əks olunub. 90 HO 505 dövlət nömrə nişanlı "Porsche”nin kimə məxsus olduğu bilinməsə də, onun dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var. Onlardan biri də qırmızı "Ferrari”dir. Avtomobilin sahibinin yüksək rütbəli məmur oğlu olduğu bildirilir. Sürücünün adı Asif Əsədzadədir. Məlum oldu ki, 200 minlik maşınla "at oynadan” Arif Əsədzadə Kənd təsərrüfatı naziri Heydər Əsədovun Londonda təhsil alan oğludur.
2016-05-20-16-25-57hafiz-hedeledi.jpg (424×262)
Bu barədə fikirlərini mia.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu qədər biabırçılıqlardan sonra Kənd Təsərrüfatı naziri Heydər Əsədov ərizəsini yazıb üzüsuslu istefaya getməlidir: "Heydər Əsədov Ziya Məmmədovla birgə əldə etdiyi milyonlar müsadirə edilməli dövlətə qaytarılmalıdır. Digər nazirləra qarşı da belə tədbirlər görülməldir. Onların 90 faizi ölkə başçısının əleyhinə işləyir. Çalışıram, özüm bu xəyanətlərin qarşısını alım. Heydər Əsədov və Ziya Məmmədov haqqında dediyim faktları heç kim inkar edə bilməz. Əgər həmin məmurlar məni məhkəməyə vermək istəyirlərsə, buyursunlar.

Heydər Əsədovun oğlunu izlədib, məlumatları əldə etdik və yayımladıq. Bu işin başında duran mənəm. Heydər Əsədov bilsin ki, mənim xaricdə yaxşı dostlarım var. Onların uşaqları gündəik təmasda olurlar. Bunu mən onlara tapşırmışam. Dostlarım bütün məlumatları "vatsap”la mənə ötürürlər. Mən də həmin informasiyaları dəyərli jurnalistlərə verirəm ki, yayımlasınlar. İctimaiyyət belə məmur övladlarının xaricdə hansı işlərlə məşğul olduğunu bilməlidir. 
Mən bu istiqamətdə fəaliyyətimi daha da genişləndirəcəm, öz siyasi kapitalımı qardaşım İlham Əliyevə görə ömrümün axırına qədər xərcləyəcəm”.

Hafiz Hacıyevin sözlərinə görə, Heydər Əsədov Azərbaycana xəyanət edir: "O, qudası Ziya Məmmədovla qarşılarına ciddi məqsəd qoyublar ki, hakimiyyəti devirsinlər. Oğlunun da Londonda etdiyi harınlığın şahidi oldunuz. Gedib xaricdə emənilərlə oturub-dururlar, Azərbaycandan taladıqları pulları yaramaz işlərə xərcləyirlər. Bu şəxslərlə bağlı təcili tədbir görülməldidir”.

Partiya sədri vurğulayıb ki, nazirləri ifşa etməməsi üçün bir neçə məmur ondan xahiş edib: "Dövlətin büdcəsini talayıb, xalqın pullarını Azərbaycandan kənarda ölkə başçısının əleyhinə təbliğata xərcləyənləri ifşa edirəm. Bu gün də fikrimdə qalıram ki, Ziya Məməmdovun oğlu Anar Məmmədov öz qaynı ilə birgə xaricə çox böyük işlərlə məşğuldur. Təəssüflər olsun ki, bəzi məmurlar mənə onun adını çəkməməyi xahiş edirlər. Bunlar prezidentə xəyanət edən, Azərbaycanın sərvətlərini talayıb xaricdə bir hissəsini ermənilərə, digərini eyş-işrət məclislərinə xərcləyən qudurğanlardır”.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA