12-05-2017 [12:31]
Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin artırılması və özəl sektorun inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər həm də sahibkarların işinin asanlaşdırılmasına xidmət edir. Bu baxımdan sahibkarların elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi istiqamətində qəbul olunan qərarları xüsusi ilə qeyd etmək lazımdır.
Azərbaycan Respublikası Prezidentinin 4 Aprel 2017-ci il tarixli Fərmanı ilə "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq olunması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Bu qaydaları şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Ramil Hüseyn bildirib ki, sahibkarların elektrik enerjisi şəbəkələrinə daha rahat qoşulması üçün prosedur və tələblərin müəyyənləşdirilməsi sözügedən subyektlərin fəaliyyətini asanlaşdıracaq:
"Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilətəsdiq edilən "Azərbaycan Respublikasında kiçik vəorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yer alan tədbirlərdən biri kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi ilə bağlı idi. Bu tədbirə əsasən? KOS subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilmə qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək”.
Ramil Hüseynin sözlərinə görə, imzalanan Fərman sahibkarların elektrik enerjisinə daha rahat əlçatanlığını təmin etməklə yanaşı, Strateji Yol Xəritəsində qeyd edilən tədbirin reallaşmasına xidmət göstərəcək:
"Fərmanda aydın şəkildə sahibkarın tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulmasını üç mərhələ olmaqla 24 gündən gec olmayaraq təmin olunması əksini tapmışdır.
Fərmanın əsas özəlliklərindən biri qeyd olunan tələblərə uyğun texniki sənədin ASAN Kommunal mərkəzlərində verilməsidir. Birinci mərhələ mahiyyət etibarı ilə sahibkarın müraciəti əsasında mərkəz tərəfindən texniki şərtlərin və layihə smeta sənədlərinin hazırlanaraq sifarişçiyə təqdim edilməsi, ikinci mərhələ layihə smeta sənədlərinin dəyərini ödəməklə, tikinti- quraşdırma işlərinin aparılması, o cümlədən tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə fiziki qoşulmasını özündə ehtiva edir. Sonuncu mərhələ isə hazır tikinti obyektinə elektrik enerjisinin verilməsindən ibarətdir”.
Prezidentin Fərmanında qeyd olunan müvafiq sənədlərə toxunan R.Hüseyn "Dövlət başçısının Fərmanında xüsusi olaraq vurğulanıb ki, Fərmanda nəzərdə tutulmayan məlumatlar və sənədlər sahibkarlardan tələb edilə bilməz. Habelə, enerji təchizatı müəssisəsi sahibkarların kommunal mərkəzlərlə verdikləri məlumatı qeydiyyata alır və hər hansı çatışmazlıq olduğu halda dərhal sahibkara məlumat verilir. Bundan əlavə, sahibkarların fəaliyyətini asanlaşdıran daha bir məsələ qeyd olunan bütün prosedurların elektron qaydada yerinəyetirilməsinin mümkün olmasıdır. Sahibkarlar tələb olunan sənədləri elektron formada göndərə, o cümlədən digər prosedur və ya mərhələləri elektron qaydada həyata keçirə bilər”, - deyib.
İİTKM-nin eksperti aparılan islahatın Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinə təsir edə biləcəyi qənaətindədir:
"Beynəlxalq hesabatlarda, xüsusilə "Doing Business” hesabatında sahibkarların elektrik enerjisinə əlçatanlığı iləbağlı ayrıca indikator mövcuddur. İndikator ölkədə elektrik enerjisinə qoşulmaya sərf olunan zaman, tələb olunan sənəd və çəkilən xərcə uyğun olaraq ölkənin mövqeyini formalaşdırır. Sözügedən sahə ilə bağlı aparılan son islahatın ölkəmizin mövqeyinə müsbət təsir edəcəyi gözlənilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi