SOCAR-dan qaz sızıntısı ilə bağlı açıqlama: "İşçilər təxliyyə olunub, vəziyyət nəzarətdədir"

img

11-05-2017 [21:34]


Xəbər verildiyi kimi, dünən axşam "28 May” NQÇİ-nin "Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü (sızma) əmələ gəlib.

Mia.az xəbər verir ki, bu sözlər SOCAR-ın rəsmi açıqlamasında bildirilib.

Məumatda qeyd olunub ki, baş verənlərə bağlı lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb:

"Quyuağzı parametrlər nəzarət altına alınıb. Lakin sonradan, bu bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlmiş və get-gedə artmağa başlamışdır. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılmış, özüldə qazma işləri dayandırılmışdır. SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə getmiş və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq vermişdir. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilmişdir". 

Hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA