Londonda "Porsche” ilə avtoşluq edən nazir Heydər Əsədovun oğlu imiş - VİDEO

img

11-05-2017 [18:13]


Sosial şəbəkələrdə yayılan bu video izləyicilərin marağına səbəb olub. 
London küçələrində çəkilən bu videoda üzərində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobil əks olunub.

90 HO 505 dövlət nömrə nişanlı "Porsche”nin kimə məxsus olduğu bilinməsə də, onun dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var. Onlardan biri də qırmızı "Ferrari”dir. 

Avtomobilin sahibinin yüksək rütbəli məmur oğlu olduğu bildirilir. Sürücünün adı Asif Əsədzadədir (avtosfer.az).

Unikal.org-un araşdırmasına görə, Arif Əsədzadə Kənd təsərrüfatı naziri Heydər Əsədovun Londonda təhsil alan oğludur.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA