Komitə sədri NQÇİ-də qaz sızması olduğunu açıqladı, SOCAR reaksiya verdi: "Qısa müddətdə qarşısı alınıb"

img

11-05-2017 [14:54]


Ötən gün axşam saatlarında "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ-nin 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə bağlı informasiya yayılıb.
 
Bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.
 
Ekspert əlavə edib ki, "SOCAR-AQŞ" şirkətinin qazma briqadası və "28 May" NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.
 
"APA-Economics"ə SOCAR-dakı mənbə isə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, qısa müddət ərazində sızmanın qarşısı alınıb.
 
SOCAR-dan bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: "Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür".
 
Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA