Lavrov: "Putinlə Tramp iyulda Hamburqda görüşəcək"

img

10-05-2017 [21:13]


Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyul ayında, Almaniyanın Hamburq şəhərində baş tutacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Bu yaxınlarda prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşəcəklərini təsdiqləyiblər. Bu gün biz Reks Tillersonla görüşdə Suriya və digər məsələlərdə irəliləyişə nail olmaq və nəzərəçarpacaq nəticələrin əldə edilməsi məsələlərinə toxunduq”, deyə S.Lavrov vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və prezident Donald Trampla görüşüb.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA