Ekologiya Nazirliyi xəbərdarlıq edir; 41-42 dərəcə isti olacaq

img

09-07-2010 [01:55]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 10-da hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq. İyulun 11-də hava şəraitinin günəşli keçəcəyi, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq. İyulun 12-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında İyunun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə təşkil edəcək. 11-12 iyulda hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 36-40 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-23 dərəcə isti təşkil edəcək. Xəbərdarlıq İyulun 9-12-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun aran rayonlarında və Naxçıvan MR-da 36-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 29-34 dərəcə, Abşeron yarımadasında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA