ETSN çəyirtkələrə qarzı fövqəladə hal vəziyyətinə keçib

img

09-07-2010 [01:46]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərakeş və Asiya çəyirtkələrinə qarşı mübarizə aparmaq üçün fövqəladə vəziyyət elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son günlər ziyanvericilərdən olan Mərakeş və Asiya çəyirtkə sürüləri havadan görünən yeganə yaşıllıq ərazisi olan Ələt-Hacıqabul magistral avtomobil yolunun Nəvahi-Hacıqabul hissəsinin sağ və sol tərəflərində 20-25 hektar ərazidəki bir neçə növ ağac və kol cinslərinin yarpaqlarını yeyərək, onları tamamilə çılpaq vəziyyətə salıb. Nazirliyini Ziyanvericilərlə Mübarizə İdarəsi, Fövqəladə Hallar Mərkəzi və yerli qurumlar tərəfindən tədbirlər (dərmanlama, gübrələmə, əlavə becərmə və suvarma işləri) görülməsinə baxmayaraq, vəziyyətdən hələ də çıxmaq mümkün olmayıb və Meşələrin İnkişafı Departamenti bu səbəbdən fövqəladə hal vəziyyətinə keçib. Qeyd edək ki, mütəxəssislər bu ağac və kolların öz yarpaq örtüyünü bərpa edəcəyini gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA