Bakı-Şamaxı-Yevlax magistral yolu bağlandı, güclü külək ağacları aşırıb - FOTOLAR

img

09-05-2017 [17:17]


Ağdaş rayonunda güclü külək fəsadlar törədib.

Mia.az "Report"a istinadən xəbər verir ki, rayon ərazisində elektrik və rabitə dirəklərinin, eyni zamanda naqillərin sıradan çıxması səbəbi ilə elektrik enerjisinin verilişi dayanıb.

Bundan başqa, güclü külək iri gövdəli ağacları aşıraraq Bakı-Şamaxı-Yevlax magistralının rayonun Xosrov kəndi ərazisindən keçən hissəsini hər iki istiqamətdə bağlayıb. Rayonun Aralbir kəndi ərazisində yerləşən istixanaların dam örtüyü, fərdi yaşayış evlərinin daş hasarları və dam örtüklərinə ziyan dəyib.

Hazırda Ağdaş rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərə baxış keçirir və dəyən ziyan dəqiqləşdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA