09-05-2017 [13:59]
Hərbi ekspert Üzeyir Cəfərlinin casus hərbçilərlə bağlı Müdafiə Nazirliyini bir neçə dəfə xəbərdar etdiyini, buna baxmayaraq heç bir iş görülmədiyini açıqlaması isə maraqla qarşılanıb və bəzi suallara yol açıb: Nazirlik niyə vaxtında hərəkətə keçməyib? Casusları kimlər himayə edib?
Mia.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı BakiPost.az-ın əməkdaşı ilə söhbətində bu sualları bir az da dərinləşdirən fikirlər söyləyib. Onun sözlərinə görə, təşkilata düşmən tərəfindən əsgər və zabitlərin müxtəlif yollarla ələ alınması cəhdləriylə bağlı məlumatlar daxil olurmuş:

"Biz də belə casusların mövcudluğu barədə Müdafiə Nazirliyinə vaxtaşırı müraciətlər etmişik. Ön cəbhədə olan hərbi hissələrdə zabitlərimizin düşmən tərəfindən müxtəlif yollarla ələ alınması ilə bağlı məlumatlar gəlirdi. Mən bildiyimə görə, müəyyən qabaqlayıcı addımlar atılırdı, hətta belə bir qərar da qəbul olunmuşdu ki, ön cəbhədə xidmət edənlər 1-1,5 aydan sonra yer dəyişdirsin və arxa cəbhəyə keçsin. Bu, düşmənin o şəxslər arasından kimisə ələ ala bilməməsi üçün atılan addımdır. Hər halda bu, ciddi siqnaldır. Xüsusi xidmət orqanları öz işinə ciddi yanaşmalıdır, nəzarət sistemini gücləndirməlidir”.
Hərbi ekspert Azad İsayev isə casusların yüksək çinli zabitlər tərəfindən himayə edildiyini versiyasına inanmadığını dilə gətirib:

"Adətən bu kimi işlər yuxarıdan, komandirdən alınan əmrlə həyata keçirilmir. Belə əmr gələ bilməz. Çünki belə olsa, əmr verilən hərbçi istənilən vaxt hüquq-mühafizə orqanlarına müraciət edə bilərdi. Demək ki, o hərbçiləri necəsə bu işə təhrik ediblər. Ya kompromatla, ya maliyyə məsələsi ilə, yaxud onların şəxsi sirlərindən istifadə edərək bu yola əl atmağa məcbur ediblər. İnanmıram ki, yüksək rütbəli zabitlər onlara hansısa əmr verib. Amma yenə də istintaq göstərəcək. İstintaq vaxtı onların kimlərlə əməkdaşlıq etdiyi, kimlərdən məlumatlar aldıqları müəyyənləşdiriləcək. İndi isə konkret nəsə demək çox çətindir”.
Nə alıb, vətəni satıblar?
Akif Nağı satqınlıq edən şəxslərin nəyin müqabilində belə addım atmaları məsələsi ilə bağlı da danışıb. O, pula görə hər cür iş görməyə razı olan insanların bütün cəmiyyətlərdə mövcud olduğunu qeyd edib:"Hər cəmiyyətdə marginal insanlar var. Onlar pulun müqabilində nə desən, edərlər. Sadəcə olaraq ordunun xüsusi xidmət hissələri, həm bütövlükdə Dövlət Təhlükəsizlik Xidməti işi elə qurmalıdır ki, o cür adamlar ələ keçirilib, düşmən tərəfinə işləməsinlər. Ciddi nəzarət mexanizmi yaradılmalıdır. Bir tərəfdən deyə bilərik ki, casusları aşkar ediblər, bu, çox müsbət hadisədir. Digər tərəfdən isə bütün Azərbaycan xüsusi xidmət orqanları üçün utandırıcı hadisədir ki, vaxtında qarşısını alıb, şəbəkənin yaranmasına mane ola bilməyiblər”.

QAT rəhbəri müharibə şəraitində olan bütün ölkələrdə orduda vətəninə xəyanət edənlərin olduğunu da xatırladıb:"Azərbaycan müharibə şəraitində olan bir ölkədir və müharibədə bu tip şeylər çox olur. Hər bir müharibə tərəfi çalışır ki, digər tərəfdə özü üçün casuslar tapsın, hətta mümkün olsa casus şəbəkəsi yaratsın. Bütün müharibələrdə bu təcrübə mövcuddur. Hətta ən böyük dövlətlərin ordularında belə casuslar mövcuddur. Pula görə namusunu, qeyrətini, vətənini satan insanlar hər yerdə var. Sadəcə olaraq elə ciddi mexanizm yaratmaq lazımdır ki, casusların yaranmasına imkan verilməsin, yaransa belə işləməsinə şərait olmasın”.
Satqın hərbçilərin hamısı aşkarlanıb?
Azad İsayevin fikrincə istintaq zamanı şəbəkədən kimlərində qalıb-qalmadığı da araşdırılacaq:"Aydındır ki, bu, çox ciddi bir məsələdir. Ona görə hansısa versiyalar irəli sürmək düzgün olmazdı. Onları nə vadar edib, hansı məlumatları ötürüblər, onlar hansı məxfi məlumatları əldə edib, bunu istintaq müəyyənləşdirəcək. Bu elə bir məsələdir ki, rəsmi məlumatı gözləməliyik. Bütün şəbəkə üzvlərinin aşkarlandığı, yaxud hələ də kimlərinsə qaldığı da o zaman açıqlanacaq”.
A.Nağı isə orduda casusların qaldığı ehtimalının dəyərləndirilməli olduğunu düşünür:"Heç kim hansısa başqa qrupların mövcud olduğunu istisna edə bilməz. Bu səbəbdən nəzarət mexanizmi gücləndirilməlidir ki, əgər qalanlar varsa, onlar da aşkar olunsun. Bu şəbəkəni tapıblarsa, digər şəbəkələrə də çıxa bilərlər. Lakin kimlərinsə qaldığı sadəcə bir ehtimaldır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi