iyulun 11-də I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

img

09-07-2010 [11:07]


İyulun 11-də I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanları Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək. TQDK sədrinin sözlərinə görə, I ixtisas qrupu üzrə Gəncədə 45003 abituriyent imtahan verəcək. İmtahanın keçirilməsi üçün Bakıda 44, Gəncədə, Sumqayıtda 8, Naxçıvanda 2 bina ayrılıb. Qeyd edək ki, I ixtisas qrupu üzrə 35 769 abituriyent ərizə təqdim edib. Onların 17 814 nəfəri orta məktəblərin bu ilki məzunlarıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA