08-05-2017 [23:45]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.
Mia.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Maqsud Mahmudov ifadə verib.
O, məhkəmədə qeyd edib ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb:
"Azər Mehdiyev məni qəbul etdi. O, məni terrorçu adlandırdı. Bundan sonra 10 gündür telefon zənglərim və mesajlarımın onlar tərəfindən izlənildiyini bildirdi. Dedi ki, mən mütəmadi olaraq Ukraynaya getmişəm. Orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşdüyümü dedi. O, həmin qızın ərinin həbsdən yeni çıxdığını mənə bildirdi".
Maqsud Mahmudov bildirib ki, ondan əvvəlcə 250 min dollar tələb olunub: "Pulu vermədiyim halda qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan həyat yoldaşına deyəcəklərini bildirdi. Bu məbləği onlara verməyə imkanım olmadığını bildirdim. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim".
Prosesdə Maqsud Mahmudovla Elçin Quliyevin arasında mübahisə yaranıb.
Elçin Quliyev bildirib ki, zərərçəkmişi casusluqla bağlı MTN-ə çağırıblar:
"Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını yuxarı qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Zərərçəkmişin ondan pul almağımızla bağlı dedikləri həqiqət deyil".
Bu zaman zərərçəkmiş Qurani-Kərim kitabını çıxarıb və general Elçin Quliyevdən and içməsini istəyib.
Elçin Quliyev zərərçəkmişin and içməklə bağlı tələbini yerinə yetirməyib və yeni açıqlama verib: "Maqsud Mahmudovun MTN-ə çağırılması ilə bağlı nazir Eldar Mahmudovun xəbəri və göstərişi olub. Mən burada yuxarı vəzifəli şəxs olmuşam, mənə çıxmaq üçün aşağı vəzifəli şəxslər olub. Onların da bura gəlməsini istəyirəm".
Bu zaman Maqsud Mahmudov ona cavab verib. "Rəhmətlik İlqar Əliyev deyib ki, məndən alınan pulun 70 min manatı Eldar Mahmudova çatdırılıb. Elçin Quliyev bu gün burada bunu dolayısı yolla təsdiqləyir. Mənim 120 min manatdan əlavə 1 milyon 200 min manatımı alıblar".
Elçin Quliyev bu iddialara cavab verə bilməyib. Elçin Quliyev Maqsud Mahmudovu şantajçı adlandırıb.
Zərərçəkmiş də onu "baş şantajçı” adlandırıb: "Burada özünü müdafiə edir. Amma illərdir, kimlərisə videoçəkilişlə şantaj etməklə məşğul olublar. Bizim çox yaxşı generallarımız var. Elçin Quliyev general olsa da, bu ada ləkə olub".
Daha sonra Sahib Qurbanov bildirib ki, ondan hədə-qorxu yolu ilə pul tələb olunub. Elçin Quliyev zərərçəkmiş Sahib Qurbanovun da yalan danışdığını deyib.
Qarşılıqlı ittihamlar səslənən zamam Sahib Qurbanov deyib ki, ona qarşı edilən qanunsuzluqlarda Heydər İslamov və Ayaz Gərayzadə də iştirak edib.
Prosesdə Xəzər rayon icra hakimiyyəti başçısının müavini olmuş Heydər Ələkbərov da ifadə verib.
Məhkəmə iclası mayın 18-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN hadisələr başlayan zaman onu akademiyanın rəisi tanınıb. Daha sora cinayət işi üzrə həbs edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi