Daha 5 mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti dövlət qeydiyyatına alınıb

img

08-05-2017 [19:20]


İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin təbliği, eləcə də çoxmənzilli binalarda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni idarəetmə üsullarına keçid istiqamətində maarifləndirmə işləri davam etdirilir. 

Belə ki, mütəmadi olaraq respublikanın ayrı-ayrı şəhər və rayonlarında mənzil mülkiyyətçiləri ilə görüşlər keçirilir, müvafiq qanunvericiliyin müddəaları izah olunur, maarifləndirici broşurlar və materiallar təqdim edilir, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) yaradılması istiqamətində dəstək göstərilir.

Həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, özəl mənzil fondunun idarə olunmasında vətəndaşların fəallığı artıb, paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Nizami rayonları üzrə daha 5 yeni MMMC yaradılaraq Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bununla da, qeydiyyatdan keçmiş MMMC-lərin sayı 43-ə çatıb.



















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA