08-05-2017 [19:23]
"Azərbaycan Mətbuat Muzeyinin yaradılması vacib məsələdir. Bizim mətbuatımızın tarixi ilə bağlı olan nümunələr bir sıra muzeylərdə, arxivlərdə toplanıb. Çox təəssüf ki, bəzi nəşrlərin nüsxələri Azərbaycanda yoxdur”.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Şura sədrinin sözlərinə görə, mətbuat tarixi, o cümlədən, mühacirət ədəbiyyatı ilə bağlı eksponat və sənədlər şəxsi muzeylərdə, müxtəlif ölkələrin arxivində saxlanılır:
"Sankt-Peterburq, Moskva, Ankara, İstanbul, Berlin, Varşava və Paris arxivlərində sənədlər, o cümlədən, ayrı-ayrı şəxslərə aid əşyalar saxlanılır. Azərbaycan Mətbuat Şurası bu sənədlərin toplanması ilə bağlı geniş layihə həyata keçirib. Türkiyədə, Berlində, Varşavada işıq üzü görən mətbu orqanlarının nüsxələrini toplamışıq. Eyni zamanda Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun bir sıra əşyalarını əldə etmişik. Bu iş Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyevin birbaşa yarıdımı ilə həyata keçirilib”.
Ə. Amaşovun sözlərinə görə, ayrı-ayrı mətbuat vasitələrinin tarixi nüsxələrini toplamaq həmin xalqın tarixi ilə bağlı araşdırmaların aparılmasında çox əhəmiyyətli rol oynayır: "Biz öz tariximizi öyrənməli və sevməliyik. Ona görə də muzeyin olması vacibdir. Araşdırmaçılar Azərbaycan tarixini öyrənmək istəyəndə asanlıqla həmin məxəzlərə çata bilmirlər. Çünki o məxəzlərin çox hissəsi Azərbaycanda yoxdur. Çox nadir qəzetlərin tam nüsxələri var. Bir məsələyə də xüsusi toxunmaq istəyirəm. "Kaspi” redaksiyası qəzetin ilk saydan 1918-ci ilə qədər olan elektron variantı əldə edib və indiki qəzetin elektron versiyasında yerləşdirib. Bu, kifayət qədər mühüm məqamdır və bu təşəbbüslər alqışlanmalıdır. Eyni zamanda "Şərq” qəzeti öz redaksiyasında kiçik muzey yaradıb. Arzu edirik, digər qəzetlərin də elektron variantını əldə edə bilək. Mətbuat tariximizi araşdıran şəxslər məcburdurlar ki, Rusiya, yaxud Avropa ölkələrinin muzeylərinə getsinlər. Həmin məxəzlər ölkəmizdə olsa, Azərbaycan mediasının tarixini tam olaraq öyrənə bilərik”.
Mətbuat Şurasının sədri hesab edir ki, Mətbuat Muzeyi ilk mərhələdə ayrı-ayrı muzeylərin nəzdində yaradıla bilər:
"Amma hesab edirəm ki, mətbuat muzeyi müstəqil olmalı, onun üçün xüsusi bina ayrılmalıdır. Həmin bina yeni avadanlıqla təmin olunmalı, müasir tələblərə cavab verməlidir. Bu da kifayət qədər sərmayə tələb edir. Bir sıra ölkələrdə bu cür muzeylər ayrı-ayrı iş adamlarının köməkliyi hesabına həyata keçirilir. Məsələn, Rusiya iş adamları sənədləri, şəxsi əşyaları alıb çox böyük sevgi və məmnuniyyətlə muzeylərə bəxş edirlər. Elə bilirəm, vaxt gələcək, Azərbaycan iş adamları xaricdə olan əşyaları, məxəzləri alıb bu xeyriyyəçiliyi həyata keçirəcəklər. Çünki hər şeyi dövlətdən gözləyə bilmərik. Dünyanın hər yerində eksponatları iş adamları alıb muzeylərə bağışlayırlar”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi