Nazir Ziya Məmmədovun kadrı işdən çıxardı - Xidmət rəhbəri "vuruldu"

img

08-05-2017 [16:34]


Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayev tutduğu vəzifədən azad edilib.

Mia.az-ın Baku.ws-ə istinadən məlumatına görə, onun işdən azad edilməsi bu dəqiqələrdə reallaşıb. Elnur Nazim oğlu Abdullayevin yeni vəzifəyə təyinat alacağı gözlənilir.

Xatırladaq ki, Nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. O, eks-nazirin oğlu Anar Məmmədovun yaxın dostudur.

Bundan əvvəl isə E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA