Nazirin atasının səhhəti iə bağı rəsmi - Açıqlama

img

08-05-2017 [15:59]


Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarovun səhhəti ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə AzNews.az-a Neft-Kimya Prosesləri İnstitutunu direktor köməkçisi Ramin İnikayev bildirib. İnstitutdan verilən məlumata görə, Məhərrəm Məmmədyarov hazırda evindədir:

"Bu məlumat yalandır. Məhərrəm Məmmədyarov laboratoriya müdiridir. Vaxtında işə gəlib, işdən gedir. Vəziyyəti də yaxşıdır.”

"Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun 93 yaşlı atası Məhərrəm Məmmədyarovun vəziyyəti pisləşib və o, xəstəxanaların birinin reanimasiyasına yerləşdirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA