DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - FOTOLAR

img

08-05-2017 [14:45]


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə "Heydər zirvəsi”nə yürüş ediblər.

DTX-nin ictimai əlaqələr şöbəsindən Mia.az-a bildiriblər ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yürüşdə iştirak edən əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini dərin ehtiramla yad edib və məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakıdan dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan "Heydər zirvəsi”nə yürüş başlanılıb. Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.

Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 6-da "Heydər zirvəsi”nə qalxaraq Ulu Öndərin əziz xatirəsini yad ediblər və Azərbaycanın dövlət bayrağını ucaldıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA