?Dalğa?çılar Emin Milli və Adnan Hacızadənin müdafiəsi ilə bağlı Gürcüstanda aksiya keçirib

img

08-07-2010 [04:07]


Dalğa Gənclər Hərəkatı Emin Milli və Adnan Hacızadənin müdafiəsi ilə bağlı yürüş aksiyası keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiya 7 İyun tarixındə Tiflis şəhərində baş tutub. Yürüş Gürcüstanda Azərbaycan səfirliyinin qarşısından Rustavelli metrostansiyasına qədər davam edib. Aksiyanın şüarları ?Give me freedom, give me fire!" ," Freedom for Adnan and Emin!", və "Vesti bloq ne prestuplenie!" olub. Yürüş başlayarkən səfirliyin qarşısında polislər və səfirliyin müdafıə xidməti aksiyanın məqsədi və mahiyyəti barəsində maraqlanıb. Hərəkatın idarə heyətinin rəhbəri Ağarəhim Poladov şifahi izahat verdikdən sonra aksiya davam edib və baş tutub. Qeyd edək ki, yürüş zamanı əhaliyə Emin Milli və Adnan Hacızadənin əvvəlki fəaliyyəti və həbsi barəsində ingilis dilində yazılan məlumat vərəqələri paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA