Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır - Dəyişiklik Milli Məclisdə

img

08-05-2017 [10:54]


Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır. Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir.

Bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir.

Bəndə görə, Məhkəmə-Hüquq Şurası məhkəmələrin ərazi yurisdiksiyasını da müəyyən edəcək. Hazırda mövcud qanunvericiliyə görə, şura bununla bağlı yalnız təklif vermək səlahiyyətinə malikdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA