Azərbaycanda iki kəndi sel basdı - FHN xilasetməyə başladı

img

06-05-2017 [13:25]


Leysan nəticəsində Qaxın iki kəndini sel suları basıb, təsərrüfatlara ciddi ziyan dəyib.

Mia.az apa-ya istinadən məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsinin rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür, fasilələrlə qısamüddətli yağış yağır, yüksək dağlıq ərazilərə və dağ ətəyi yaşayış məntəqələrinə isə dolu düşüb.

Mayın 5-də axşam saatlarından bölgədə yenidən yağış yağmağa başlayıb, bəzi ərazilərdə yağış leysanla müşahidə olunub. Mayın 5-dən 6-a keçən gecə Qax rayonun Cüdüllü və Marsan kəndlərinin inzibati ərazilərinə, yaxınlıqdakı dağ ətəyi ərazilərə leysan yağıb. Nəticədə sel suları Cüdüllü və Marsan kəndlərində fərdi yaşayış evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolub.

Kənd sakinlərinin şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib, bir çox sakinlərin ev quşları sel suları altında qalaraq tələf olub. Kənd daxili yollar sel suları altında qalıb, bir sıra yerlərdə sel suları daşdan olan hasarları uçurub. Hazırda Qax rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları kəndlərdə dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA