“Ermənilər Tərtər istiqamətində təxribat planlaşdırıb” - Azərbaycan Müdafiə Nazirliyindən xəbərdarlıq

img

05-05-2017 [19:55]


Görülmüş tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib.

Mia.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planı vaxtında aşkar olunub: 
"Bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır. Eyni zamanda xəbərdar edirik ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaq. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA