Biznesmenin adam öldürən 14 yaşlı oğlu azadlığa buraxıldı – Müstəntiqdən açıqlama

img

05-05-2017 [15:50]


Bakıda 14 yaşlı biznesmen oğlu Ağaəli Fərəcovun "Porşe” ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi barədə xəbər vermişdik.

Mia.a xəbər verir ki, işin istintaqını aparan müstəntiq Elnur Həsənli Unikal.org-a danışıb. 

O, bildirib ki, Ağaəli Fərəcov yetkinlik yaşına çatmadığı üçün dindirələrək buraxılıb: 

"Hələlik Xəyalə Məmmədovanın meyiti morqda daxili ekspertiza olunduğu üçün ailəsinə təhvil verilməyib. Mərhumun ailəsi (həyat yoldaşı və anası) və qohumları da oradadır. X.Məmmədovanın dəfni üçün hazırlıq görülür. Yol nəqliyyat hadisəsi ilə bağlı istintaq gedir. Hadisənin törədilmə şəraiti səbəbi və digər məsələlər araşdırılır. Vuran şəxs dindilrilib. Yetkinlik yaşına çatmadığı üçün buraxılıb”.

Müstəntiq A.Fərəcovun cərimə olunmasına gəlincə, bildirib ki, bunu istintaq göstərəcək:

"Araşdırma başa çatdıqdan sonra detallar bəli olacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA