Prezident ilham Əliyev ölkənin zimal-qərb bölgəsində səfərdədir (yenilənib)

img

08-07-2010 [12:25]


Bu gün prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gedib. Prezident əvvəlcə Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlət başçısına məlumat verilib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülüb. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, fəvvarələr yenidən qurulub, yaşıllıq zolağı genişləndirilib. İlham Əliyev Balakən rayonuna səfər edib. Prezident əvvəlcə Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, abidənin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin respublikada analoqu olmayan buraz yolu inşa edilib, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA