Azərbaycanda 4 ayda 635 nəfər bank sektorundan işdən çıxıb - Rəsmi

img

05-05-2017 [11:26]


2017-ci ilin aprelin ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 312 nəfər təşkil edib. 

Mia.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, martda bank sektorunda çalışanların 350 nəfəri işdən çıxıb. Belə ki, fevral ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 662 nəfər olub.

Ümumiyyətlə, bu ilin 3 ayında bank sektorunu 635 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

Qeyd edək ki, bu ilin I rübündə ölkədə 32 bank fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA