Qaxa dolu yağıb, meyvə ağaclarına ziyan dəyib – FOTO

img

04-05-2017 [21:02]


Qaxa dolu yağıb, meyvə ağaclarına ziyan dəyib. Dolu əsasən rayonun İlisu kəndinə düşüb. 

Təqribən bu gün axşam saat 17:00-dan etibarən yağmağa başlayan dolu yarım saat müddətində hər tərəfi ağ örpəyə bürüyüb. Noxud və fındıq iriliyində yağan dolu yeni çiçəkləyən meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, Qax şəhərindən 12 kilometr uzaqlıqda yerləşən İlisu kəndində bu gün səhərdən etibarən qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış axşam saatlarında doluya çevrilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA