İyun ayında Azərbaycanda 5 gün iş olmayacaq - Hökumətdən qərar

img

04-05-2017 [18:25]


Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.

Nazirlər Kabinetindən Report-a bildirilib ki, 26 iyun – Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA